AZ

Azərbaycanda emal sənayesi 5,9% artıb

Ötən il Azərbaycanın emal sənayesində 19,1 milyard manatlıq (2023-cü illə müqayisədə 1,06 milyard manat və ya 5,9 faiz çox) məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Fins.az Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə emal sənayesində neft məhsulları istehsalının həcmi 4,7 milyard manat (illik müqayisədə 0,2 milyard manat, yaxud da 4,8 faiz çox) olub. 2023-cü ildə bu sahədə məhsul istehsalının həcmi isə 4,5 milyard manat təşkil edib.

İkinci ən çox istehsal qida məhsulları sektorunda müşahidə edilib. Bu sahədə buraxılan məhsulların həcmi 4,6 milyard manat (2023-cü illə müqayisədə 0,1 milyard manat, yaxud da 3,3 faiz çox) olub. Kimya sənayesində məhsul istehsalının həcmi isə 1,556 milyard manata (illik müqayisədə 6 milyon manat və ya 0,4 faiz çox) yüksəlib.

Fuad Mədətov
Fins.az

Seçilən
16
1
fins.az

2Mənbələr