AZ

Nemət Pənahlının vergi borcu yarandı

Fəaliyyətini dayandırmış Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının dövlətə vergi borcu yaranıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu səbəbdən partiya sədrinin şəxsi avtomobili müsadirə olunaraq, hərraca çıxarılıb.

N.Pənahlının “Toyota Land-Cruiser” markalı avtomobili vergi ödəyicilərinin siyahıya alınmış əmlakları sırasında qeyd olunub.

Satışı İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək.

Xidmətin məlumatında qeyd olunub ki, Pənahlı Nemət Əhəd oğluna məxsus, buraxılış ili 2010-cü il olan “Toyota Land-Cruiser” avtomobili hərracda satılacaq.

Avtomobilin ilkin satış qiyməti 42 min manat müəyyənləşdirilib.

Seçilən
11
6
publika.az

8Mənbələr