Son dəqiqə qolu ilə tarixə düşdü, Ronaldoyla eyni sırada yer aldı, Avropanın ən təhlükəlisi seçildi. Söhbət türkiyəli futbolçu Nihat Kahvecidən gedir.
SeherXeber.org Türkiyə futbolunun əfsanələrindən hesab edilən Nihat Kahveci haqqında maraqlı faktları bir araya toplayıb.Nihat Kahveci 23 noyabr 1979-cu ildə İstanbulda doğulub. O da bir çox ulduz futbolçular kimi bu idmana uşaq yaşlarından maraq göstərib.
Nihat məktəbin həyətində sinif yoldaşları ilə futbol oynayarkən heç vaxt bu işi professional olaraq görəcəyini düşünmürdü. Bir gün sinif yoldaşları ona "çox yaxşı oynayırsan, niyə hansısa komandaya qoşulmursan?" deməsi ilə öz istedadının fərqinə varır.
"Ondan sonra Bağcılara yaxın olan "Esenler Spor"un aşağı yaş komandasında başladım. O dövrlər çətin idi. Axşam saat 12-də evə qayıdırdıq. Pulumuz olmadığı üçün taksiyə, bəzən mikroavtobusa minə bilmirdik", - deyə Kahveci söyləyir.
Orta məktəbi bitirdikdən sonra Beşiktaşın klubunda skaut olan Rauf Başer tərəfindən klubunun gənclər akademiyasına aparılıb. O, 1997-ci ildən 2002-ci ilədək bu komandada oynayıb.
2002-ci ilin yanvarında keçmiş baş məşqçisi olmuş Con Toşak tərəfindən 5 milyon avroya İspaniya La Liqa komandası "Real Sosyedad"a transfer edilir.
Futbolçu İspaniya liqasına transfer olmağı, əslində, heç istəmədiyini deyib.
2002-2003 mövsümü Nihatın karyerasında ən təsirli mövsüm olub. O, 2003-cü ildə "Qızıl top" mükafatlandırma mərasimində səs toplayan oyunçular siyahısına daxil olmuşdu. Həmin vaxt komandanın ən çox qol vuran oyunçusu Nihat qol krallığında braziliyalı Ronaldo (Nazariu) ilə eyni sıranı bölüşürdü.Kahveci İtaliyanın idman qəzetlərindən biri tərəfindən "Avropanın ən təhükəli 20 qolçusu" sırasında yer almışdı.
O, bununla yanaşı, 2004-cü ildə İspaniyada "İlin futbolçusu" seçilib. 2004-2005-ci il mövsümündə ciddi zədə aldığına görə futboldan 8 ay uzaq qalıb.
"Sociedad"da keçirdiyi 4.5 ildən sonra 2005-ci ildə müqaviləsi bitən Kahveci "Villareal"a transfer olub. 2007-2008-ci ildə bu komandada 38 oyunda 34 dəfə forma geyinib, 18 qol vurub.
Bu dövrdə "Fenerbahçe" klubu Nihatı transfer etməyi düşünsə də, o, Türkiyəyə qayıtmaq istəmədiyini deyərək bu təklifdən imtina edib.2009-2010 sezonunda isə "Villareal"dan 4,5 milyon avro qarşılığında "Beşiktaş"a gətirilir və 3 illik müqavilə imzalanır. Növbəti dəfə "Beşiktaş"da zədələnən Kahveci uzun müddət yaşıl meydanlardan uzaq qalır.
Nihat Kahveci deyir ki, "Beşiktaş"a qayıdanda əsgərliyə getməsi və bir aydan çox məşq edə bilməməsi, həmçinin fiziki hazırlığı olmadan oyunlara başlamasına görə, ürəyincə performans sərgiləyə bilməyib.
2 illik müqaviləsi olmasına baxmayaraq insanların gözləntilərini qarşılaya bilmədiyi üçün futbolla erkən vidalaşmaq məcburiyyətində qalıb. Kahveci milli komandada göstərdiyi oyunla diqqət çəkməyi bacarıb. Ən yadda qalan futbol hadisəsi isə Türkiyə-Çexiya matçında olub. 2009-ci il Avropa Çempionatında qarşılaşmanın bitməsinə 4 dəqiqə qalmış ardıcıl 2 qol vuraraq, necə deyərlər, azarkeşlərin ağlını başından almışdı.Onunla bağlı maraqlı məqamlardan biri də "Real Sociedad"da komanda yoldaşı olan Darko Kovaçeviç haqqındadır. Kahveci həmin günləri gülərək belə xatırlayır:"Oyun vaxtı qucaqlaşırdıq, məni öpürdü. Bəzi fotolarımız var. O vaxtlar evli olmasaydı, səhv başa düşülərdi. Elə öpürdü ki, "çox öpmə" deyirdim. Avropada heç nə deməzlər, amma Türkiyədə baxırlar".
2012-ci ildə 32 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayan Kahveci bu qərarına görə peşman olmadığını söyləyib.O, peşəkar karyerası boyu UEFA kuboku, Çempionlar Liqası, Avropa Çempionatı, Dünya Kubokunda oynayıb. 2012-ci ildə "Villarreal"ın gənclər komandasının məşqçisi və milli komandada Fatih Terimin kökməkçi müəllimlərindən biri olub.
Hazırda şərhçi kimi çalışan Nihatın Türkiyədə fitə basılması haqqında hadisə də futbolçunun maraqlı hekayələrindən biri sayılır. Belə ki, o, cimbomla qarşılaşma zamanı komanda yoldaşına etdiyi qol pasından sonra azarkeşlərin qəzəbinə səbəb olub.