"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gücləndirilmiş iş rejimində çalışır. Xüsusən də dağlıq və dağətəyi rayonlardan keçən yollarda qarın yağması və yoların buzlaşması müşahidə olunub. Bu ərazilərə xüsusi texnikalar və canlı qüvvə çıxarılıb".
Bunu açıqlamasında AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.
O, bildirib ki, problemin aradan qaldırılması istiqamətində işlər aparılıb, qabaqlayıcı tədbirlər görülüb.
"Gecə boyu və səhər saatlarında buzlaşma olan ərazilərdə duz-qum qarışığı səpilib ki yollar boyu hərəkətin təşkili, təhlükəsizliyi təmin olunsun. Bu istiqamətdə problemli ərazilərdə əməkdaşlarlarımız durmadan şalışıblar. Buna rəğmən sürücülərimiz də hazır olmalıdır. Qarın yağması davam edirsə, yollar buzlaşırsa onlar nəqliyyat vasitələrini qış fəslinə uyğun təchiz etməlidir. Nəqliyyat vasitələri qış şinləri ilə təchiz edilməlidir ki problem yaranmasın. Əgər bir sürücü problem yaşanırsa deməli digər hərəkət iştirakçılarına da çətinlik olur. Bu zaman da həmin ərazilərə bizim texnikanın gedib çıxması problemi olur", - A. Nəcəfli vurğulayıb.
Xatırladaq ki, fevralın 10-u saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçib. Lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olub.
Belə ki, düşən yağıntının miqdarı Şuşa, Kəlbəcər, Xocalı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Ağstafa, Şəki, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Dağlıq ərazilərə yağan qar örtüyünün hündürlüyü tədricən əriyərək Lerikdə 64, Qrızda 19, Yardımlıda 14, Xaltanda 5, Xaltan, Qusarda (Laza) 4, Altıağacda 3, Xınalıq, Gədəbəydə 2 sm-dir.