Bakı. Trend:
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləriəməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yoluilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasınınqarşısı alınıb. Tədbirlərlə əvvəllər məhkum olunmuş 44 yaşlıMirtaleh Ağayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumatagörə, ondan 8 kiloqram heroin aşkarlanıb.
Araşdırmalarla M.Ağayevin narkotikləri şəxsiyyəti araşdırılanİran vətəndaşından əldə etdiyi və deyiləcək ünvanlara çatdırmağarazılaşdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.