AZ

Süni intellekt əsaslı incəsənət hərracı keçiriləcək

Əvvəllər süni intellekt tərəfindən yaradılmış əsərlərin satışını həyata keçirmiş “Christie's” hərrac evi neyron şəbəkə incəsənətinə həsr olunmuş ilk sərgisini elan edib.

“Report” xəbər verir ki, “Augmented Intelligence” adlı hərrac fevralın 20-də Nyu-Yorkda “Christie's Rockefeller Center” qalereyasında açılacaq.

İştirakçılardan biri rəssam və “Spawning AI” süni intellekt startapının yaradıcısı Met Drayherstdır. Sərginin əsas eksponatı real vaxt rejimində rəsm əsərləri yaradan robot olacaq. Hərracın keçirilməsində məqsəd süni intellektin rəssamların imkanlarını necə genişləndirə və yaradıcılıqda yeni üfüqlər aça biləcəyini nümayiş etdirməkdir.

Rəssamlar sosial şəbəkələrdə qeyd ediblər ki, bir çox generativ süni intellekt alətləri müəlliflərin icazəsi olmadan əsərlər üzərində təlim keçib. Onların fikrincə, belə hərraclar əl lə işləyənlərin ziyanına olan bu yanaşmanı yalnız populyarlaşdırır. Hərracın ləğv edilməsinin tələb olunduğu açıq məktub artıq 1,8 mindən çox imza toplayıb.

Seçilən
7
report.az

1Mənbələr