Fələstinin HƏMAS radikal hərəkatı İsrail ordusunun Qəzza zolağının şimal və cənub hissələrini ayıran Netsarim dəhlizindən geri çəkildiyini təsdiqləyib.
AzadMedia.az xəbər verir ki, müvafiq bəyanat hərəkatın Telegram kanalında dərc olunub.
İsrailin atdığı bu addım, HƏMASın müqavimətinin uğurlu nəticəsi kimi qiymətləndirilib.
İsrailin mediası da əsir və girov mübadiləsi barədə razılaşmaya uyğun olaraq Ordunun dəhlizi tərk etməsi barədə məlumat yayıb.
Ordu hazırda Qəzza zolağı ilə Misirin sərhədindəki Filadelfiya dəhlizinə nəzarəti davam etdirir.
İsrail mətbuatı, müdafiə qüvvlərinin Netzarim dəhlizini tərk etməsinin əldə olunan atəşkəs razılaşmasının tərkib hissəsi olduğunu bildirib.
Artıq atəşkəs ərzində 16 israilli girov və 566 fələstinli məhbus azad edilib.
Üç həftə ərzində atəşkəsin birinci mərhələsinin sonuna kimi 33 girov və 1900 məhbusun azad ediləcəyi gözlənilir. İsrail 33 nəfərdən səkkizinin öldüyünü bildirir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta