Ermənistanın daxilində gərginlik davam edir. Rəsmi İrəvan isə daxili qarışıqlığı ötr-basdır etmək üçün, Avropa İttifaqının “mülki” missiyasının əli ilə vəziyyəti çətinləşdirir.
Üstəlik Ermənistan hakimiyyəti Tavuşda sərhəd dirəklərinin koordinatlarını gizlətməkdə davam edir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev AzadMedia.az-a açıqlamasında sülh müqaviləsi istiqamətində atılacaq addımların delimitasiya və demarkasiya ilə bağlı olduğunu deyib:
“Sonuncu 11-ci görüş bu il yanvarın 16-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə keçirilib. Bu cür görüşlər çox vacibdir. Çünki bu cür görüşlərdə çox mühüm işlər görülür. İkitərəfli danışıqların davam etdiyi ərəfədə sərhəd dirəklərini gizlədir. Ermənilər sülh istəyirlərsə, dağılmış iqtisadiyyatlarını həll etməyə çalışırlarsa, həll prosesin tezləşdirməsində də aktivlik nümayiş etdirməlidirlər. Heç kim min km-lərlə gəlib onun məsələsini həll edəsi deyil. Əks halda bu yeni müharibə ocağının alovlanmasına gətirib çıxara bilər. Kim gəlib sərhəddə dirəyi çıxara bilər?!. Bu cür halın baş verməsi analoqu olmayan məsələdir. Hansısa keşiş gəlib mitinq təşkil edir. Güman ki, buna Ermənistan rəhbərliyi özü dəstək verir”.
Məlumat üçün bildirək ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan Fransaya səfər edib. Səfər zamanı Fransa prezidenti E.Makronla da görüşəcək. Cənubi Qafqaz, eləcə də Ermənistanda yeləşdirilən Aİ-nin müşahidə missiyası və digər məsələləri müzakirə edəcəkləri gözlənilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta