AZ

Əfv Komissiyasının tərkibi dəyişib - Üzvlərin yeni SİYAHISI

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası bu həftə toplaşacaq. Komissiyanın ilk iclasının fevralın 12-də keçiriləcəyi gözlənilir.

Modern.az saytı Əfv Komissiyası ilə bağlı maraqlı məlumat əldə edib.

Məlum olub ki, bir müddət öncə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib.

Beləliklə, Əfv Komissiyası bu ildən yeni tərkiblə fəaliyyət göstərəcək.

Komissiyanın tərkibi Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq dəyişib. Belə ki, keçmiş deputat Sədaqət Vəliyeva komissiya üzvlüyündən çıxarılıb, onu Milli Məclşisin VII çağırışının deputatı Mehriban Vəliyeva əvəz edib.

Bundan başqa, Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Aygün Mikayılova da Əfv Komissyasının üzvləri sırasına daxil edilib.

Hazırda Prezident yanında Əfv Məsələləri Komissiyası aşağıdakı tərkibdə fəaliyyət göstərir:

Komissiyanın sədri

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Fərid Əhmədov – Azərbaycan Respublikasının Ədliyyə naziri

Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Allahşükür Paşazadə – Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri

Əhliman Əmiraslanov – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri

Zahid Oruc – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri

Fazil Mustafa – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri

Azay Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Mehriban Vəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Aynur Sofiyeva – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Rəşad Məcid – Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini

Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri

Bəyimxanım Verdiyeva – “Xan Şuşinski” Fondunun rəhbəri

Aygün Mikayılova – 132-134 nömrəli Təhsil Kompleksinin direktoru

Komissiyanın katibi

Kəmalə İsmayılova – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri

Seçilən
0
5
turkustan.az

6Mənbələr