AZ

Cənubi Koreyada neft anbarı partladı: 1 yaralı, 1 itkin

Cənubi Koreyada neft anbarında baş verən partlayış nəticəsində bir işçi yaralanıb, digəri isə itkin düşüb. 

Bakıvaxtı.az "Renhap" agentliyinə istinadən xəbər verir ki, partlayış Seuldan təxminən 300 km cənub-şərqdə, Ulsandakı zavodda baş verib.

Partlayış nəticəsində iki işçidən biri xəsarət alıb, digəri isə itkin düşüb.

Partlayışdan sonra baş verən yanğının söndürülməsi üçün yanğınsöndürmə xidməti 58 yanğınsöndürən səfərbər edib. 

Partlayışların davam edəcəyi ehtimalı yaxınlıqdakı ərazi nəzarətə götürülüb.

Gülşən Şərif

Seçilən
9
bakivaxti.az

1Mənbələr