AZ

Kanada 51-ci ştat olsa, daha yaxşı olardı - Tramp

Bakı, TurkicWorld

ABŞ prezidenti Donald Tramp Kanadanın ölkənin 51-ci ştatına çevrilməsinin daha yaxşı olacağını iddia edib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Tramp, Super Bowl oyunundan əvvəl müsahibəsində Kanada ilə ticarət əlaqələrinə toxunaraq, ABŞ-ın illik 200 milyard dollar itirdiyini söyləyib.

"Düşünürəm ki, Kanadanın 51-ci ştat olması daha yaxşı olardı. Biz Kanada ilə ildə 200 milyard dollar itiririk və mən buna imkan verməyəcəyəm. Nə üçün biz Kanadaya ildə 200 milyard dollar ödəyirik?" – deyə Tramp sual verib.

Tramp, Kanada və Meksikadan tarifləri bloklamaq üçün kifayət qədər addımların atılmadığını bildirərək, mövcud siyasətdən narazılığını dilə gətirib.

Müsahibə zamanı Trampdan, İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) Xəzinədarlıq Departamentinin qeydlərinə daxil olmasını əngəlləyən məhkəmə qərarı barədə də soruşulub.

Bu qərarı “dəlilik” adlandıran Tramp, hökumətdə israfçılıq və fırıldaqçılığın qarşısının alınmasının vacib olduğunu vurğulayıb.

Trampdan Musk-a güvənib-güvənmədiyi soruşulduqda, "O, möhtəşəmdir" cavabını verib, lakin eyni zamanda onun hələ "heç nəyə nail olmadığını" da əlavə edib.

Tramp , yaxın günlərdə Musk-a Təhsil Departamentini yoxlamağı tapşıracağını, daha sonra isə ordunun vəziyyətini araşdıracağını bildirib.

Seçilən
18
turkic.world

1Mənbələr