“Azərişıq” ASC-nin yaranmasının 10-cu ildönümü ilə əlaqədar qurumun əməkdaşları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, qurumun rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, onların məzarları üzərinə gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Qeyd edək ki, “Azərişıq” ASC Prezident İlham Əliyevin 2015-ci il 10 fevral tarixli Sərəncamına əsasən yaradılıb.
![](https://qafqazinfo.az/uploads/1739174327/1.jpg)
![](https://qafqazinfo.az/uploads/1739174327/2.jpg)