AZ

Trampla Mask arasında qarşıdurma baş verə bilər

ABŞ-ın keçmiş prezidenti Donald Tramp milyarder İlon Maska qarşı siyasi mübarizəyə başlaya bilər...

Poliqon xəbər verir ki, bu barədə The Guardian nəşrinə müsahibəsində amerikalı siyasi fəaliyyət komitəsi Lincoln Project-in həmtəsisçisi Rik Uilson bildirib.

"Sonda onlar qarşı-qarşıya gələcəklər. Tramp görsə ki, İlon ona siyasi ziyan vurur, bir anda əlaqələri kəsəcək. Bu, cəmi bir neçə saniyə çəkəcək. Tramp sorğularda Maskın onu aşağı çəkdiyini anlayan kimi - son həftələrdə İlon inanılmaz dərəcədə qeyri-populyar olub - milyarder çətin vəziyyətə düşəcək", deyə Uilson vurğulayıb.

The Guardian qeyd edir ki, Maskın 426 milyard dollarlıq sərvəti Trampın var-dövlətindən qat-qat üstündür və onun X sosial şəbəkəsi vasitəsilə böyük güc və təsir imkanlarına malikdir. Mühafizəkar yazar və televiziya aparıcısı Çarli Sayks də məsələyə münasibət bildirərək, Trampın Maskla qarşıdurmadan qaça bilməyəcəyini deyib:

"İlon Maskın artıq öz güc bazası var. Onun şəxsi pərəstişkar kütləsi formalaşıb. Bir nöqtədə bu iki böyük eqo toqquşacaq".

Fevralın 7-də Time jurnalı Maskın Ağ Evdə, ABŞ prezidentinin masası arxasında əyləşdiyi fotonu dərc edib. Jurnal vurğulayıb ki, indiyə qədər heç bir fərdi şəxs ABŞ hökumət aparatına bu qədər təsir göstərməyib.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr