Eldar Baxış 1947-ci il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Diləli Müskanlı kəndində doğulub. Ailədə üç oğlan, bir qız olublar. Eldar evin böyüyü idi. Qubadlıda onbirillik məktəbi bitirib ADU-nun tarix fakültəsində təhsil alıb.
"Referans" xəbər verir ki, Eldar Baxışın atası çox cavan, otuz dörd yaşında dünyasını dəyişib. Atası dünyasını dəyişəndə Eldarın on yaşı olub.
Deyilənə görə, universitetdə oxuyanda sevdiyi bir qız olub. Bir-birlərini seviblər. Amma qovuşa bilməyiblər. Cütlüyün evlənməsinə isə Eldar Baxışın anası mane olub. Şairin yazdığı sevgi şeirlərinin çoxunun o qıza həsr olunduğu güman edilir.
Yazıçının bacısı Ceyran xanımın sözlərinə görə şairi başqa bir qadın da böyük məhəbbətlə sevib:
“Onu sevən bir qadın vardı, iki-üç il əvvəl rəhmətə getdi. O qadın da yazardı, Yazıçılar Birliyinin üzvüdü. Məleykə xanımdı adı. İnfarktdan öldü. Dil ədəbiyyat müəlliməsi idi. Razində yaşayırdı. Bir-iki il qabaq bir hüzür yerində o qadınla təsadüfən rastlaşdıq. Məni görəndə ağladı. Birinci kursda oxuyanda Eldar onu istəyirmiş. Özü danışdı mənə. Boyunbağısını açdı göstərdi. Bir tərəfdə Eldarın, o biri tərəfdə özünün cavanlıq şəkli. Artıq onun gəlini vardı, nəvələri vardı. Boyunbağını göstərəndə gözlərimə inana bilmədim. Məleykə dedi ki, mən Eldara 40 gün yas saxladım. Dedi, o boyunbağını ərim də, oğlanlarım da görmüşdü. Gizlin-gizlin qəbrini ziyarətə gedirmiş”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta