AZ

10 min PKK/PYD terrorçusu Suriyanı tərk edəcək - Türkiyə KİV

ABŞ və Suriyadakı kürd qrupların nümayəndələri PKK və PYD terror təşkilatının 10 min nümayəndəsinin İraqa köçürülməsi barədə razılığa gəliblər.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“ABŞ ilə onların dəstəklədiyi PKK/PYD arasında keçirilən görüşdə terror təşkilatının 10 min nümayəndəsinin Suriyanı tərk etməsi ilə bağlı razılıq əldə olunub”, - deyə vurğulanıb.

Bildirilib ki, PKK/PYD nümayəndələri İraqa keçərək ağır silahları özləri ilə apara biləcəklər.

Qeyd edək ki, Türkiyə həm İŞİD, həm də PKK ilə mübarizədə Suriyaya lazımi dəstəyi verməyə hazır olduğunu dəfələrlə bəyan edib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
7
1
missiya.az

2Mənbələr