AZ

Rusiya beynəlxalq hüquqa, sivil normalara uyğun davranmadı



"Rusiyada yaşayan soydaşlarımıza qarşı təzyiqlərin artması, məlum təyyarə qəzasından sonra baş verən hadisələrlə əlaqədardır".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev son günlər Rusiyadan Azərbaycana yönəlik təzyiqlərə münasibət bildirərkən səsləndirib. O bildirib ki, təyyarənin raketlərlə vurulduğunu təsdiq edən təkzib edilməz faktlara rəğmən, Rusiya tərəfi beynəlxalq hüquqa, sivil normalara uyğun davranmadı:

"Əksinə, bütün propaqanda maşınını Azərbaycan əleyhinə işə saldı. Əvvəllər də, zaman-zaman sınaqdan çıxardığı təcrübəyə, soydaşlarımıza qarşı irqi ayrı-seçkilik, zorakılıq hallarına start verdi. Azərbaycan Rusiya ilə strateji müttəfiqdir. Nəzərə almaq lazımdır ki, biz strateji müttəfiqlik haqqında müqaviləni bağladığımız zaman, bütün dünya Rusiyanın əleyhinə birləşmişdi. Sovetlər İttifaqı dağılandan sonra, biz davamlı olaraq, bu ölkəyə qarşı heç bir layihədə iştirak etmədik. Qonşuluq prinsiplərinə sadiq qaldıq. Baxmayaraq ki, Rusiya Cənubi Qafqaz siyasətində işğalçı Ermənistanı dəstəkləmiş, hər cür iqtisadi, siyasi, hərbi yardımlar göstərmişdir. Ölkəmizdə rus dili, mədəniyyəti qorunub saxlanıldı".

Millət vəkili hesab etmir ki, Rusiyada azərbaycanlılara qarşı kütləvi deportasiya siyasəti aparılsın:

"Belə bir halın baş verməsi, soydaşlarımızla yanaşı, Rusiyanın özünə də ziyan gətirəcək. Bu gün Rusiyanın dövlət orqanlarında, biznes strukturlarında, ümumiyyətlə cəmiyyətin bütün sahələrində azərbaycanlılar təmsil olunur. Vergi ödəyirlər, beynəlxalq platformalarda bu ölkənin bayrağını qaldırırlar. Təbii ki, kütləvi deportasiya, dövlətlərarası münasibətlərə görə günahslz insanlara qarşı zorakılıq, heç bir dövlətə hörmət gətirmir. Strateji müttəfiqlik prinsiplərinə isə, ümumiyyətlə ziddir".

Süleyman
Seçilən
19
newscenter.az

1Mənbələr