AZ

Tramp ermənilərə satılmışları dinləyəcəkmi?

ABŞ Konqresinin erməni məsələləri üzrə ikipartiyalı, yənidemokratlardan və respublikaçılardan ibarət qrupu növbəti dəfəVaşinqton ilə İrəvan arasında qarşılıqlı əlaqələrin gücləndirilməsitəşəbbüsü ilə çıxış edib. Qrupun həmsədrləri Frenk Pallone, Qas M.Bilirakis, Bred Şerman və Devid Q. Valadao ABŞ-nin dövlət katibiMarko Rubiyoya məktub ünvanlayaraq, "Ermənistan və Cənubi Qafqazregionu ilə bağlı ABŞ siyasətinin prioritet istiqamətləri"ndən bəhsediblər.

İlk və ya səthi baxışda bu məktub Birləşmiş Ştatlar ilə kiçik vəyoxsul Ermənistan arasında strateji tərəfdaşlıq, iqtisadiəməkdaşlıq, habelə Cənubi Qafqazda regional sabitliyingücləndirilməsinin vacibliyi haqqında standart diplomatik müraciətkimi görünür. Fəqət "ütülü" diplomatik ritorikanın və kazuistikanınarxasında bir gerçək gizlədilir: bu konqresmenlər əslindəErmənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarını təkrarlayır,ABŞ-dəki erməni diasporunun sifarişlərini də vurğulamağıunutmurlar. Onlar konkret və açıq şəkildə Vaşinqtonu Azərbaycanınvə Türkiyənin maraqlarına qarşı çıxmaqla ABŞ-nin regionalsiyasətində balansı pozaraq yalnız İrəvanı tam, total və ənbaşlıcası, birtərəfli dəstəyini təmin etməyə çağırırlar.

Məktubda əsas diqqət bu ilin yanvarın 15-də Vaşinqtonda ABŞ vəErmənistan arasında imzalanmış "Strateji tərəfdaşlıq haqqında"Xartiyadakı marazmatik müddəaların inkişafına yönəldilib.

Ermənidən artıq erməni olmağa çalışan - təbii ki, ermənipullarının sayəsində- konqresmenlər vurğulayırlar ki, sözügedənsənəd, sən demə, "Ermənistanın 2018-ci il "məxməri inqilab"dansonra həyata keçirdiyi islahatları" əks etdirir.

Məktubda qeyd olunur ki, “strateji tərəfdaşlıq ölkələrimizarasında əlaqələrin güclənməsi, ABŞ-nin Ermənistan iqtisadiyyatınainvestisiyalarının artması və demokratik dəyərlərin təşviqi üçünimkanlar açır”.

Di gəl, bu "tərəfdaşlıq"da diqqət mərkəzində olan əsas məqamlarsuallar doğurur.

Konqresmenlərin fikrincə, "Ermənistan ABŞ-nin Türkiyə vəAzərbaycanın tətbiq etdiyi blokadanın nəticələrinin aradanqaldırılmasında köməyinə ehtiyac duyur". Bundan əlavə, məktubda"123-cü saziş" kimi tanınan atom enerjisi sahəsində əməkdaşlıqbarədə razılaşmanın imzalanmasının sürətləndirilməsi çağırışı yeralıb. Məktub müəllifləri iddia edirlər ki, həmin saziş“Ermənistanın enerji sektorunun müxtəlifləşdirilməsi üçün əsasolacaq” və ölkənin Rusiyadan asılılığını azaltmağa kömək edəcək.Çağırış sadəcə, səslənmədə "nəcib və normal" təsir bağışlayır.

Fəqət, unutmayaq ki, Ermənistan Rusiyanın rəhbərlik etdiyiKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür.Üstəlik, Qərbin tətbiq etdiyi çoxsaylı sanksiyalardan yayınmaprosesində Rusiyanın asanlıqla və rahatlıqla istifadə etdiyiölkələr arasında Ermənistan əlahiddə yer tutur.

ABŞ Konqresinin erməni məsələləri üzrə ikipartiyalı qrupununməktubunda ən ziddiyyətli təşəbbüslərdən biri "Ermənistanla müdafiəəlaqələrinin gücləndirilməsi" çağırışı olub. Qrupun həmsədrləri, ocümlədən Frenk Pallone, Qas M. Bilirakis, Bred Şerman və Devid Q.Valadao Ermənistanın hava hücumundan müdafiə (HHM) sistemləri vəpilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə vasitələri ilətəmin edilməsi məsələsinə baxılmasını təklif ediblər.

Bu, Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsinə yönəlmişaddım kimi sırına bilər, ancaq səsləndirilən təşəbbüslər ABŞ-ninstrateji maraqları üçün ciddi təhlükə yaradır.

Ermənistan KTMT-nin üzvü olaraq müdafiə məsələlərində böyükölçüdə Moskvadan asılı vəziyyətdədir. 2023-cü il məlumatlarınagörə, Ermənistanın hərbi təchizatının 96%-i Rusiyadan daxil olub,bu isə ölkəni demək olar ki, tamamilə Rusiyanın hərbi-sənayekompleksindən asılı vəziyyətə gətirir. Bundan əlavə, 1995-ci ilsazişi əsasında fəaliyyət göstərən Gümrüdəki 102-ci Rusiya hərbibazası Ermənistanın təhlükəsizliyinin təmin edilməsində əsas roloynamağa davam edir. Belə durumda İrəvanın ABŞ istehsalı olanmüasir HHM sistemləri və ya pilotsuz uçuş aparatlarına qarşımübarizə texnologiyaları ilə təmin edilməsi gizli texnologiyalarınRusiyanın əlinə keçməsi riskini yaradır.

Bu, xüsusilə Rusiya ilə Qərb arasında artan qarşıdurmaşəraitində daha aktualdır. ABŞ-nin analitik mərkəzlərininhesabatlarına əsasən, Rusiya artıq digər ölkələrlə əməkdaşlıqdanistifadə edərək Qərb texnologiyalarını öyrənməyə çalışır.Ermənistanın rus təsirinin dominant olduğu bir vəziyyətdə bussenarinin ehtimalı olduqca yüksəkdir.

Xatırladaq ki, ABŞ və Ermənistan arasında 2023-cü ilin sentyabrayında keçirilən “Eagle Partner” adlı birgə hərbi təlimlər regiondaböyük rezonans doğurmuşdu.

Təlimlər genişmiqyaslı olmasa da, Bakı və Ankara tərəfindənErmənistanın Rusiyanın təsir dairəsindən çıxmaq cəhdi kimi qəbuledildi. Əsas sual budur: İrəvan həqiqətən ABŞ üçün müdafiəsahəsində etibarlı tərəfdaş ola bilərmi? Ermənistanın iqtisadiasılılığı və KTMT çərçivəsindəki siyasi öhdəlikləri Vaşinqtonladərin əlaqələrin qurulmasına ciddi maneələr yaradır.

Statistikaya görə, Ermənistanın xarici ticarət dövriyyəsinin 32faizi Rusiya ilədir ki, bu da ölkənin iqtisadi müstəqilliyinə ciddişəkildə təsir göstərir. Bundan əlavə, Ermənistan sərhədlərinintəhlükəsizliyinin ABŞ proqramları hesabına gücləndirilməsi təklifiəlavə suallar doğurur.

ABŞ Dövlət Departamentinin məlumatına əsasən, 2024-cü ildəErmənistanın ixracat nəzarəti və sərhəd təhlükəsizliyinigücləndirmək üçün 24 milyon dollar ayrılıb. Bununla belə, məhdudresurslar və Moskvanın təsiri altında olan strateji vəziyyət nəzərəalındıqda, bu tədbirlərin effektivliyi şübhə altındadır.

Ermənistana müasir müdafiə texnologiyalarının, xüsusilə havahücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatlarına qarşımübarizə vasitələrinin ötürülməsi yalnız məlumat sızması riskləriniartırmaqla yanaşı, regionda gərginliyin artmasına səbəb olabilər.

Azərbaycan ABŞ-nin enerji təhlükəsizliyi sahəsində əsastərəfdaşı kimi, belə addımları mütləq şəkildə düşmənçilik aktı kimiqəbul edəcək. ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatınagörə, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaztəchizatının təxminən 20 faizini təmin edir. Vaşinqtonun Ermənistannaminə Bakı ilə münasibətləri pozması Avropanın enerjitəhlükəsizliyini təhlükə altına qoya bilər ki, bu da ABŞ-nin xaricisiyasət məqsədlərinə ziddir.

Onu da unutmayaq ki, NATO-nun üzvü və Vaşinqtonun mühümmüttəfiqi olan Türkiyə ABŞ-nin Ermənistana göstərdiyi hər hansı birdəstəyi öz maraqlarına zərbə kimi qəbul edə bilər. Bu, xüsusiləErmənistan və Türkiyə arasında son dövrlərdə yaranmış, lakin hələdə çox kövrək olan yaxınlaşma fonunda aktuallıq qazanır.

Ermənipərəst konqresmenlərin məktubunda "Azərbaycanıncəzalandırılması"na dair israrlı, hətta isterik təkidlər də xüsusidiqqət çəkir.

Burada 1992-ci ildə qəbul olunmuş, lakin son illərdə fəaliyyətidayandırılmış "Azadlığa Dəstək Aktı"nın 907-ci maddəsinin yenidəntətbiqi də daxil olmaqla, müxtəlif sanksiyaların tətbiqi tələbolunur. Konqresmenlər həmçinin Azərbaycan rəsmilərinə qarşı"Maqnitski Aktı" çərçivəsində qlobal sanksiyaların tətbiqini təklifedir, onları "hərbi cinayətlərdə və etnik təmizləmədə" ittihamedirlər. Halbuki bəhs etdiyimiz gerizəkalı suçlamalar 2020-ciildəki 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində erməniişğalındakı ərazilərimizin azad edilməsini və bunun nəticəsindəCənubi Qafqazda yeni reallığın formalaşmasını nəzərə almır. BMT vəAvropa İttifaqı da daxil olmaqla beynəlxalq ictimaiyyətAzərbaycanın ərazi bütövlüyünü tanıyır. Bakının birtərəfli qaydadacəzalandırılmasına dair sarsaq tələblər yalnız regionda balansıpozmaqla qalmır, həm də mürəkkəb münaqişənin həllini tələb edən birproblemin kompleksliyini nəzərə almır.

Konqresmenlərin təşəbbüsləri Ermənistanın baş naziri NikolPaşinyanın ritorikası ilə tamamilə üst-üstə düşür. Son aylarda o,ABŞ də daxil olmaqla, Qərblə əlaqələrin möhkəmləndirilməsininvacibliyini dəfələrlə bəyan edib. Fəqət Paşinyanın əməlləri tez-tezbəyanatları ilə ziddiyyət təşkil edir. Bir tərəfdən, o, Ermənistanıxarici təsirlərdən azad etməyə çalışdığını bildirir, digər tərəfdənisə Azərbaycan və Türkiyəyə təzyiq göstərmək üçün beynəlxalqplatformalardan istifadə edir, bunun Ermənistan üçün doğurabiləcəyi nəticələri nəzərə almır. Bu cür siyasət Ermənistanın həmQərbdən, həm də Rusiyadan dəstəyini itirdiyi təqdirdə tamamilətəcrid olunmasına səbəb ola bilər.

Əgər ABŞ prezidenti Donald Trampın administrasiyası ermənipərəstkonqresmenlərin təzyiqlərinə uyarsa və Ermənistana Azərbaycanınmaraqları hesabına fəal dəstək verməyə başlasa, bu, bir sıra mənfinəticələrə səbəb ola bilər.

Birincisi, münaqişənin eskalasiyası baş verə bilər: Azərbaycanvə Türkiyə bu addımları öz təhlükəsizliklərinə qarşı təhdid kimiqəbul edəcək ki, bu da hərbi gərginliyin artmasına səbəb olabilər.

İkincisi, Bakı ilə münasibətlər pisləşə bilər: ABŞ-nin enerjisahəsində mühüm tərəfdaşı olan Azərbaycan Vaşinqtonla əməkdaşlığıyenidən nəzərdən keçirə bilər.

Üçüncüsü, regional sabitlik zərbə altında qala bilər:Ermənistana birtərəfli dəstək sərhədlərin delimitasiyası və itkindüşmüş şəxslərin axtarışı da daxil olmaqla, sülh prosesinidayandıra bilər. ABŞ-nin birtərəfli yanaşmadan çəkinərək dahabalanslı və kompleks yanaşma nümayiş etdirməsi regionunuzunmüddətli sabitliyi üçün həlledici rol oynayacaq. Ermənistanındəstəklənməsi dolayısı ilə Rusiyanın mövqeyini gücləndirəcək, çünkiRusiya Ermənistanın təhlükəsizliyinin əsas təminatçısı olaraqqalır. Nəhayət, Ermənistana birtərəfli dəstək digər region ölkələriarasında ABŞ-nin siyasətinin ədalətsiz kimi qəbul edilməsinə səbəbola bilər ki, bu da Vaşinqtonun nüfuzuna ciddi xələl gətirəbilər.

ABŞ-nin Ermənistana müasir müdafiə texnologiyalarının təqdimedilməsi və Azərbaycana qarşı sanksiyaların tətbiqi təklifi CənubiQafqazdakı güc balansını pozan bir addım ola bilər. Vaşinqtonuzunmüddətli strateji maraqlarını nəzərə almalı, regionunsabitliyini təhlükə altına atan birtərəfli təşəbbüslərdənçəkinməlidir. ABŞ qarşısında mürəkkəb bir seçim durur: Ermənistanınmaraqlarını təmsil edən bu cür təşəbbüslərə dəstək vermək, yoxsayeni münaqişələr olmadan Cənubi Qafqazın inkişafına imkan yaradacaqtarazlığı qorumaq. Bu qərar Marko Rubiyo və Tramp administrasiyasıüçün ciddi bir sınaq olacaq.

ABŞ Konqresinin erməni məsələləri üzrə həmsədrlərinin dövlətkatibi Marko Rubiyoya müraciəti Tramp administrasiyasının xaricisiyasət strategiyası üçün ciddi bir çağırışdır. Bu çağırış ABŞ-ninmilli maraqlarını irəli çəkməklə Ermənistanın maraqlarınıdəstəkləyən lobbist qruplarının təzyiqi arasında tarazlıq yaratmağıtələb edir. Marko Rubiyo beynəlxalq münasibətlərə praqmatik yanaşmatərəfdarı kimi tanınır və öz karyerası ərzində dəfələrlə ABŞ-ninmaraqlarını qorumağın, xüsusilə Rusiya və Çinlə artan rəqabətşəraitində prioritet olduğunu vurğulamışdır. Burada əsas sualbudur: yeni dövlət katibi ABŞ-nin strateji məqsədlərinə zidd olabiləcək bu cür təşəbbüslərə dəstək verməyə nə dərəcədəhazırdır?

İrəvanın Rusiyadan asılılığı əsas amillərdən biridir. Qərbləyaxınlaşmağa hazır olduğunu bəyan etməsinə baxmayaraq, Ermənistanhələ də Rusiyanın təsir dairəsində qalır.

Ermənistanın iqtisadi vəziyyəti də problemlərlə doludur. Ötən iladambaşına düşən ümumdaxili məhsul (ÜDM) təxminən 5000 dollartəşkil edib ki, bu da Cənubi Qafqaz ölkələrinin ortagöstəricisindən əhəmiyyətli dərəcədə aşağıdır. Əhalinin 27%-dənçoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Bundan əlavə, başnazir Nikol Paşinyana artan daxili tənqidlər fonunda siyasisabitlik də zəifləyir.

Ermənistan öz islahatlarına baxmayaraq, Rusiyadan asılılığısəbəbindən ABŞ üçün hələ də zəif tərəfdaş olaraq qalır.

Tramp administrasiyasının xarici siyasəti tarixi olaraqpraqmatizmə və milli maraqlara üstünlük verməyə əsaslanır. CənubiQafqaz ABŞ üçün strateji əhəmiyyət kəsb edən bir region kiminəzərdən keçirilsə də, Vaşinqtonun yanaşması bir tərəfin digərininhesabına dəstəklənməsini istisna edən çoxvektorlu siyasətəəsaslanır. Azərbaycan ABŞ-nin enerji təhlükəsizliyi baxımından əsastərəfdaşıdır. ABŞ-nin dəstəklədiyi Cənub Qaz Dəhlizi Avropaya qaztədarükünü təmin edərək Rusiyadan asılılığı azaldır. 2024-cü ildəbu dəhliz vasitəsilə təxminən 20 milyard kubmetr qaz tədarükedilib. Bundan əlavə, ABŞ Azərbaycanla təhlükəsizlik sahəsindəəməkdaşlığı dəstəkləyir. Dövlət Departamentinin məlumatına görə,2024-cü ildə Bakı sərhədlərin möhkəmləndirilməsi proqramları üçün 8milyon dollar almışdır. Türkiyə də ABŞ üçün mühüm müttəfiqdir. NATOüzvü kimi Türkiyə ilə strateji tərəfdaşlıq Vaşinqton üçün prioritetolaraq qalır, xüsusilə Yaxın Şərqdə artan gərginlik fonunda.

Marko Rubiyonun bu mürəkkəb məsələdə necə hərəkət edəcəyi,ABŞ-nin Cənubi Qafqazdakı gələcək siyasəti baxımından həllediciolacaq. Vaşinqton birtərəfli təşəbbüslərdən çəkinərək tarazlıqsiyasətini qorumaqla həm regionun, həm də ABŞ-nin uzunmüddətlimaraqlarını təmin etməlidir.

Ermənipərəst konqresmenlərin məktubu Dövlət Departamentinə açıqşəkildə lobbist təzyiqdir.

Marko Rubiyonun qərarı Tramp administrasiyasının CənubiQafqazdakı xarici siyasətinin nə dərəcədə praqmatik vəölçülüb-biçilmiş olduğunu göstərən bir göstərici olacaq. ABŞbirtərəfli hərəkətlərdən çəkinməli və regiondakı uzunmüddətlimaraqlarını təmin etmək üçün tarazlı və kompleks yanaşmaya üstünlükverməlidir.

Seçilən
13
4
az.trend.az

5Mənbələr