AZ

Deputat: Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq

Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq.

APA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Elman Məmmədov deyib.

Deputat bildirib ki, bu gün bələdiyyələr icra başçısının icazəsi olmadan heç nə etmirlər, torpaq satmırlar: “Burada məsuliyyətə cəlb edilən bələdiyyə üzvlərinin sayı açıqlandı. Onlarla bərabər icra başçıları da məsuliyyətə cəlb edilməli idi. Bələdiyyələr o vaxt keyfiyyətli işləyəcəklər ki, onlar faktiki olaraq tam müstəqil fəaliyyət göstərə bilsinlər. Biz bunu gözləyirik”.

Seçilən
3
10
apa.az

10Mənbələr