AZ

Ərdoğanın Malayziya səfəri başlayıb - Ardınca İndoneziya və Pakistana gedəcək + VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Malayziyaya rəsmi səfəri başlayıb.

"AzPolitika" xəbər verir ki, səfər çərçivəsində Ərdoğan Malayziyanın inzibati mərkəzi Putracayada keçiriləcək Türkiyə-Malayziya Yeni Əsrdə Strateji Əməkdaşlıq toplantısında dövlət işçiləri və universitet tələbələri qarşısında çıxış edəcək.

Hava limanında Malayziyanın Baş naziri Ənvər İbrahim və xanımı Dr. Wan Azizah İsmail başda olmaqla yüksək səviyyəli rəsmilər tərəfindən qarşılanan Ərdoğan, Türkiyə-Malayziya əlaqələrini gücləndirəcək danışıqlar aparacaq.

Səfər zamanı prezident Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı və ticarət naziri Ömər Bolat müşayiət edir. Nümayəndə heyətinə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da daxildir.

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun Ərdoğanın dəvətlə Kuala Lumpur, Cakarta və İslamabada səfər edəcəyini və bu səfərlər zamanı ikitərəfli münasibətlərin bütün ölçülərdə müzakirə ediləcəyini, mövcud əməkdaşlıqların konkret layihələrlə daha da inkişaf etdiriləcəyini bildirib.

Səfər çərçivəsində Ərdoğan Malayziyanın inzibati mərkəzi Putracayada keçiriləcək Türkiyə-Malayziya Yeni Əsrdə Strateji Əməkdaşlıq toplantısında dövlət işçiləri və universitet tələbələri qarşısında çıxış edib. Bundan əlavə, Malayziyanın mühüm simalarından olan Perak Sultanı Nəzrin Şah tərəfindən ona Fəxri Doktorluq dərəcəsi təqdim edilib.

Mərasimdəki çıxışında Ərdoğan Türkiyə ilə Malayziya arasında köklü dostluq və strateji əməkdaşlığı vurğulayaraq, “Türkiyə və Malayziya sadəcə iki ölkə deyil, bir-birinin əsl dostudur. Ortaq tariximiz, dəyərlərimiz və baxışımız əməkdaşlığımızı daha da irəli aparacaq”, -deyə bildirib.

Prezident Ərdoğanın Malayziyaya səfəri zamanı liderlərlə görüşləri və iki ölkə arasında iqtisadi, ticarət və mədəni əməkdaşlığı gücləndirəcək sazişlər imzalaması gözlənilir.

Qeyd edək ki, Ərdoğan Malayziyanın ardından İndoneziya və Pakistana rəsmi səfər edəcək.

“AzPolitika.info”

Seçilən
8
azpolitika.info

1Mənbələr