![Çox yağlı qidalar depressiyaya səbəb olur? -](https://e-saglam.az/storage/news/middle/images/2025/2/yagli-qidalar.jpg)
Kolorado Boulder Universitetinin araşdırmasına görə, yüksək yağlı qidalar bağırsaq bakteriyalarını pozaraq narahatlıq və depressiyaya səbəb ola bilər.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, professor Kristofer Louri və komandası yeniyetmə siçanlar üzərində apardıqları təcrübədə yüksək yağlı pəhrizlə qidalanan siçanların daha çox kökəldiyini və streslə bağlı beyin bölgələrində gen ifadələrinin dəyişdiyini müşahidə ediblər. Bu qidalar serotonin istehsalını artırsa da, uzunmüddətli təsirləri mənfi olur.
Karbohidrat və yağlarla zəngin olan qidalar qısamüddətli rahatlıq versə də, zamanla psixi sağlamlığa zərər verə bilər.
Mütəxəssislər balanslı qidalanmanın həm fiziki, həm də ruhi sağlamlıq üçün vacib olduğunu vurğulayırlar.
Qeyri-sağlam yağlar xroniki xəstəliklərə səbəb ola və iltihab yarada bilər. Bağırsaq sağlamlığı pozulduqda psixi problemlər riski artır.
Bu araşdırma pəhriz və beyin əlaqəsinin əhəmiyyətini ortaya qoyur. Sağlam qidalanma stres və depressiyanın qarşısını almağa kömək edə bilər.
Tərcümə: Könül Oruc