AZ

Mercedes-Benz Fashion Week Azerbaijan - beynəlxalq dəb standartlarını yenidən canlandırmağa gəlir - FOTO

Mercedes-Benz
Azərbaycan artıq uzun müddətdir ki, ümumdünya dəb sənayesinin standartlarına doğru əhəmiyyətli addımlar atır - hazırda dünya ulduzlarının və ya sadəcə dəbli geyim həvəskarlarının seçdiyi istedadlı dizaynerlərimizin sayı artmaqdadır; həmçinin yerli dizaynerlərin yeni bazarlara çıxışını təmin edən layihələr həyata keçirilir. Əlbəttə bu il sənaye üçün ən mühüm hadisələrdən biri Mercedes-Benz Fashion Week Azerbaijan layihəsi olacaq. Bu layihə Azərbaydan Dəb Dizaynerləri Assosiasiyasının (AFDA) rəhbərliyi ilə 15, 16, 17 may 2025 tarixlərində baş tutacaq. Bizi gözləyən dəb mövsümü haqqında eksklüziv təfərrüatları əldə etmək və gələcək planlardan bəhs etmək üçün layihənin təşkilatçısı və Assosiasiyanın rəhbəri Aysel Hüseynova ilə görüşdük.
Aysel, siz 10 ildən çoxdur ki, bu sənayenin içindəsən və Bakıda keçirilən əksər böyük dəb tədbirlərində iştirak etmisən. Sizcə, bu müddət ərzində nələr dəyişib? - Doğrudur, geriyə dönüb əvvəlki layihələrə nəzər salanda inanmaq olmur ki, birlikdə bu qədər böyük işlər görə bilmişik. Axı hazırda Bakının dəb sənayesinin gəldiyi nöqtə çoxsaylı peşəkarların və sadəcə fantastik-gözəlliklər yaratmaq istəyən insanların əməyinin nəticəsidir! Buna görə də MBFW Azerbaijan layihəsinə rəhbərlik təklif ediləndə, bu, mənim üçün təkcə böyük ilham mənbəyinə yox, həm də sənaye qarşısında məsuliyyətə çevrildi. Bu təşəbbüsü LED.AZ komandası ilə birgə həyata keçiririk. LED.AZ peşəkar texnika və tədbirlərin təşkili üzrə aparıcı şirkətlərdən biridir və onlar sayəsində biz iştirakçılara əsl şou nümayiş etdirə biləcəyik. Fikrimcə, ən böyük dəyişiklik, hətta nailiyyət budur ki, nəhayət Bakı küçələrində yerli dizaynerlərin işlərini görə bilirik – bu geyimləri yerli dəb həvəskarları geyinir, onları böyük qürur hissi ilə xarici qonaqlara hədiyyə edirik, mərkəzdəki butiklərin vitrinlərində görürük. Deməli, dəb sənayemiz növbəti mərhələyə hazırdır? - Birmənalı olaraq, bəli. Artıq yerli auditoriyanın qəlbini fəth etmiş bir çox dizaynerlər üçün Azərbaycan bazarı bəs etmir, məhz buna görə Mercedes-Benz Fashion Week Azerbaijan layihəsinin yaradılması çox vacib idi. Bu həm yerli adlar üçün yeni imkanlar yarada biləcək dünyaca tanınmış brenddir, həm də beynəlxalq təcrübə mübadiləsi apara biləcəyimiz platformadır. Bunun sayəsində beynəlxalq bazarda özünü təsdiqləmiş məşhur simaları asanlıqla cəlb edə biləcəyik. - Bəs bu, rəqib layihələr üçün nə deməkdir? - Mən Bakıdakı digər platformaların təşkilatçıları ilə yaxşı tanışam və aramızda uzunmüddətli dostluq əlaqələri var. Hətta biz rəqabət aparmağa yox, bir-birimizə kömək etməyə üstünlük verərək, çoxsaylı layihələrdə əməkdaşlıq etmişik. Odur ki, bazarı baltalamaq yox, gücləndirmək üçün bu layihədə də bir çox ortaq təmas nöqtəsi tapa biləcəyimizdən əminəm. Qeyd etdin ki, MBFW çoxillik tarixə malik dünya brendidir. Onun Azərbaycan versiyasının ilk mövsümündən nələr gözləməliyik? - Mən mövsümün bütün sirlərini açmayacağam, lakin bir şeyi dəqiq deyə bilərəm – tədbir hər detalı düşünülmüş performanslarla, estetika ilə və ən əsası keyfiyyətli kolleksiyalarla zəngin olacaq. Mövsümün mövzusu - Fashion Renaissance da boşuna seçilməyib, tədbirin qonaqları dəb nümayişlərində əsl intibahın şahidi olacaq, dəblə incəsənətin sıx əlaqəsini hiss edəcəklər. Layihəmizin tərəfdaşı Mercedes-Benz Azerbaijan olduğu üçün xüsusilə bəxtimiz gətirib, bu komanda ən cəsur ideyalarımızı reallaşdırmağa kömək edir. Gözəl şoular, çoxsaylı innovativ xüsusi effektlər və savadlı media dəstəyi ilə yanaşı, layihəmizin mühüm bir məqsədi də var: biz dünyanın dəb tədbirləri təqvimində rəsmən yer tutmaq istəyirik. İstəyirik ki, sənayenin bütün peşəkarları Dəb Həftələri keçirilən mövsümdə marşrutlarını planlaşdırarkən bizi də təqvimə əlavə etsinlər. Bizi qarşıda çox işlər gözləyir, lakin unudulmaz mövsüm keçirəcəyimizi də bilirik. Mercedes-Benz Azerbaijan-ın marketinq direktoru Fərhad Rzayev də layihə təşəbbüsünə böyük həvəslə yanaşır və onu belə şərh edir: “Bakıda Mercedes-Benz Fashion Week kimi tədbirin keçirilməsi kreativ sənayenin inkişafında mühüm addımdır və biz bunun bir parçası olmaqdan qürur duyuruq. Mercedes-Benz və Dəb Dizaynerləri Assosiasiyasının (AFDA) tərəfdaşlığı istedadlı peşəkarları dəstəkləyərək, onlara yeni səviyyəyə çıxmaq imkanı verir. İnnovasiyalar, eleqantlıq və mükəmməlliyə meyil dəb və avtomobil dizaynı dünyasını birləşdirən dəyərlərdir. Bu layihə Azərbaycanda mədəniyyətin, stilin və dəbin inkişafı istiqamətində çalışmalarımızı bir daha vurğulayır”. “Mercedes-Benz bu dəb həftəsini istedadlı dizaynerlərin inkişafına dəstək üçün hər il baş tutan platformaya çevirmək niyyətindədir. Biz qabaqcıl texnologiyalarla yüksək stil estetikasını birləşdirərək, dəb dünyası ilə innovasiyalar arasında sıx əlaqə yaratmağa can atırıq. Azərbaycan dizayn sahəsini qlobal səviyyəyə çıxarmaq üçün yerli və beynəlxalq mütəxəssislərlə əməkdaşlığı genişləndirməyi planlaşdırırıq. Gənc istedadlar üçün master-klaslar, əməkdaşlıqlar və xüsusi layihələr daxil olmaqla, yeni qarşılıqlı əlaqə formatlarını nəzərdən keçiririk. Bu layihə sadə bir təşəbbüs deyil, həm də regionda stil mədəniyyətinin və yaradıcılığın inkişafı üçün atılmış strateji addımdır”, deyə Fərhad vurğuladı. Layihənin Instagram hesabı: @mbfw.azerbaijan Foto: A.Qurbanov Reklam hüququnda
Seçilən
21
1news.az

1Mənbələr