AZ

“Bu ölkədə işləyirsənsə ölməyi də gözə almalısan” – Rusiyanın sərt miqrant QƏRARI necə yekunlaşacaq?

Miqrantların məhkəmə qərarı olmadan deportasiya edilməsi ilə bağlı qanunun qəbul edilməsi Rusiyanın miqrant siyasətində hansı əsas dəyişiklikləri göstərir? Son dövrlərdə Azərbaycan-Rusiya münasibətlərində müşahidə edilən gərginlik bu deportasiya qərarına necə təsir edə bilər?  Eyni zamanda Rusiya miqrant siyasətinin sərtləşməsi Mərkəzi Asiya və Qafqaz ölkələrinin iqtisadi və sosial mühitinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Natiq Miri bildirib ki, miqrasiya ilə bağlı Rusiyanın bu cür sərt qərarı onun Ukrayna ilə müharibəsi kontekstində düşünülməlidir.

Natiq Miri: “Bu halda sülh prosesindən danışmağa dəyməz”

Onun sözlərinə görə, Rusiya orada fəaliyyət göstərən bütün miqrantlara işin müqabilində Rəsmi Moskva üçün döyüşməyi təklif edir: “Miqrantlar isə bunu qəbul etmir. Heç kim ölmək istəmir. Xüsusilə də öz vətəni olmayan Rusiya üçün heç ölmək istəmir. Son zamanlar insanların tutularaq cəbhəyə göndərilməsi zorakı faktlarla müşayiət olunur. Bu da əlbəttdə ki, ciddi narazılıq yaradır. Həm həmin miqrantların məxsus olduğu ölkələrdə, həm də bilavasitə miqrantların arasında ciddi narazılığa səbəb olur. Bu da Rusiya daxilində bir qarşıdurma yaradır. Bu məsələnin sadəcə Rusiya deyil, ABŞ çərcivəsində də baş verdiyini unutmamaq lazımdır. Donald Tramp hakimiyyətə gələn kimi bir çox miqrantların dərhal ABŞ-dən çıxarılması ilə bağlı qanun imzalayıb. Burada da hansısa məhkəmə qərarı müşayiət olunmayıb. Rusiya da həmin şeyin təkrarını həyata keçirir. Bu faktın özü də göstərir ki, beynəlxalq hüquq ayaqlar altındadır, işləmir, hər şey güc faktoruna dayanır. Bu da hüquqi nihilizmin ciddi şəkildə yer aldığını göstərir”.

Moskvada Rusiya-Azərbaycan münasibətləri müzakirə olundu

Politoloq daha sonra qeyd edib ki, məsələ yalnız Azərbaycan-Rusiya münasibətləri kontekstində baş vermir: “Bu, xeyli zamandır müzakirə predmeti olan məsələdir. Bu məsələnin içərsində iki amil var. Rusiya özünün təhlükəsizliyini müəyyən mənada təmin etmək istəyir. Hər kəsi filtrdən keçirərək ölkəsinin təhlükəsizliyinə töhvə vermək niyyətindədir. Çünki Rusiyada baş verən son terror hadisələri məhz miqrantlar vasitəsi ilə törədildi. Ona görə də bu detal qərarı daha da sərtləşdirir. İkinci bir məsələ isə miqrantların Rusiyada yaşayacağı təqdirdə Rəsmi Moskvanın dövlət maraq və təhlükəsizliyini təmin etmək öhdəliyinin olmasına vurğu edilir. Yəni Rusiyada yaşayıb işləyirsənsə zamanı gələndə onun üçün ölməyi də gözə almalısan kimi absurd, qeyri-hüquqi bir qərar və tələb irəli sürülür. Bu da qəbul oluna bilməz. Miqrasiya ilə bağlı sərt qərarın verilməsi bütün miqrantların yaşadığı, aid olduğu ölkələrin həm sosial, həm siyasi, həm də iqtisadi sahəsinə müəyyən təsir edəcək. Əgər yüz minlərlə, hətta milyonlarla insan birdən Rusiyadan çıxarılıb öz ölkələrinə göndərilərsə bu, bir müddətdən sonra həmin ölkədə müəyyən problemlər yarada bilər. Çünki həmin insanlar bilavasitə Rusiyada işləyərək aktiv bir həyat tərzi keçirirdilər və müəyyən vəsait qazanırdılar. Eyni şeyi qayıtdıqları ölkələrində görməsələr, üstəlik müəyyən işsizlik problemi də davamlı olduğu təqdirdə bu, sosial və gələcək perspektivdə siyasi narazılıqlara gətirib çıxara bilər. Bu da potensial risk amillərinin içərsindədir. Əlbəttə ki, bu məsələnin həm Cənubi Qafqaz, həm də Orta Asiya ölkələrinə bütün sahələr üzrə təsiri olacaq”.

"Bu ölkədə işləyirsənsə ölməyi də gözə almalısan" - <span style=color:red>Rusiyanın sərt miqrant QƏRARI necə yekunlaşacaq?

Qeyd edək ki, Rusiyada fevralın 5-dən daxili işlər orqanlarına ölkə ərazisində qeyri-leqal yaşayan miqrantların məhkəmə qərarı olmadan deportasiya etməyə imkan verən qanun qüvvəyə minib. Müvafiq dəyişikliklər 2024-cü ilin avqustunda “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” federal qanuna edilib. Bu qaydalara əməl etməyənlər Rusiyada mənzil və ya avtomobil almaq, kredit üçün banklara müraciət etmək, nikaha daxil olmaq, habelə ölkə ərazisində sərbəst hərəkət hüququndan məhrum olunacaq.

Onu da bildirək ki, Rusiya xeyli azərbaycanlı miqrant var.

Nailə Qasımova
Medianews.az

Seçilən
33
medianews.az

1Mənbələr