Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaş CHP lideri Özgür Özəlin İstanbul bələdiyyı sədri Əkrəm İmamoğlunun təzyiqi ilə partiyanın prezidentliyə namizədinin indidən müəyyən olunmasını nəzərdə tutulan partiyadaxili seçki ilə bağlı əks mövqeyini açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, belə bir seçkiyə "yox" deyib.
Özgür Özəl isə yavaşın açıqlamasında sonra şablon bəyanat verib: "Birlkdəyik, həmişə də birlikdə olacaq və birlkdə qazanacağıq. Türkiyə qazanacaq..."
Xəbərdə o da deyilir ki, haqqında cinayət işi açılan İmamoğlu prezidentliyə namizəd olmaq və bununla həm həbs ehtimalından sığortalanmaq, həm də hazırkı real vəziyyətdən istifadə edərək, Yavaşı indidən oyundan kənarda qoymağa çalışır: "Özgür Özəl isə partiyad daxilində kifayət qədər gücə sahiblənmiş İmamoğluna müqavimət göstərə bilmir..."
Xatırladaq ki, Mansur Yavaş təxminən 10 gün əvvəl də CHP-nin prezidentliyinə yeni namizədinin "ortada toyuq yox, gal yox" ikən niyə indidən namizəd müəyyən etməyə çalışmasını anlamadığını demişdi "Namizədi müəyyən etmək üçün tez olduğunu düşünürəm. Seçki tarixi hələ dəqiq deyil. O vaxta qədər şərtlər dəyişəcək. Elə isə namizəd məsələsi haradan çıxdı?"
CHP-də prezidentliyə namizəd yarışına girib-girməyəcəyi sualına Yavaş belə cavab verib: "Gün ola, harman ola. Qoy hələ seçki tarixi müəyyənləşsin, o gün gələnə qədər kim meydanda qalar, kim qalmaz, şərtlər necə olar, onda baxarıq".
Firudun Səfərli
Mia.az