AZ

Uşaqların 5 yaşınadək ilkin təhsillə təmin edilməsinin 50 faizə qaldırılacaq

Azərbaycanda təhsilin əhatə dairəsi 99 faizdən yüksəkdir, ancaq keyfiyyət və digər aspektlər də var. Erkən uşaqlıq dövründə praktikalar çox vacibdir və əlbəttə ki, ümumi və ali təhsil son dərəcə vacibdir.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında “Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər” adlı panel sessiyasında çıxışı zamanı deyib.

“Bir çox hallarda siyasətçilər çalışırlar ki, fərqli siyasətlər qəbul edərək - qısamüddətli kurslar təşkil edərək çevik nəticələr əldə etsinlər. Təcrübəmiz isə göstərir ki, uzunmüddətli təhsil effekt verir.

1-5 yaş aralığında olan uşaqların ilkin təhsillə əhatə olunması 12-15 faizdən 35-39 faizə qalxıb və 50 faizə qaldırılması hədəflənib”.

Seçilən
2
1
azedu.az

2Mənbələr