Bir müddət əvvəl Baş Prokurorluğun təqdimatı ilə həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyevin cinayət işi məhkəməyə göndərilib.
Yenicag.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, hərbi ekspertə qarşı Cinayət Məcəlləsinin 308-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə irəli sürülmüş ittihama xitam verilib.
Onun işi yanlız Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib.
Bu barədə məlumatı ekspertin vəkili Bəhruz Bayramov təsdiqləyib.
Qeyd edək ki, Ədalət Verdiyev 25 noyabrda həbs olunub.