AZ

Türkiyə İranla sərhəddə 182 kilometrlik təhlükəsizlik divarı inşa etdi

Vətəninfo.az xəbər verir ki, Türkiyə qeyri-qanuni miqrantların və terrorçuların ölkəyə daxil olmasının qarşısını almaq məqsədi ilə İranla sərhədində təhlükəsizlik divarının tikintisini davam etdirir.

Layihə çərçivəsində nəzərdə tutulan 302 kilometrlik divarın 182 kilometrlik hissəsi artıq tamamlanıb.

Divarın tikintisi ilə paralel olaraq yol tikintisi işləri də aparılacaq, bu çərçivədə nəzərdə tutulan 40 km-lik yolun tikintisi ilə bağlı tender keçirilib, digər 80 km-lik hissəsinin tikintisi isə 2025-ci ildə başa çatdırılacaq.

Qeyd edək ki, bu günədək tikilən divarlara tikanlı məftillər çəkilib, 103 ədəd elektro-optik qüllə quraşdırılıb.

Seçilən
26
2
veteninfo.az

3Mənbələr