AZ

Dövlət Agentliyinin direktoruna müavin təyin olunub

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoruna müavin təyin olunub.

Mia.az Banker.az-a istinadla xəbər verir ki, energetika naziri Pərviz Şahbazovun əmri ilə Fəqan Əbdülrəhmanov AREA-nın direktor müavini təyin edilib.

O, 2021-ci ildən 2025-ci ilin yanvarına qədər müvafiq qurumda Bərpa olunan enerji zonalarının inkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.

16 iyul 2009-cu ildə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb.

Agentlik Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturuna daxil olan qurumdur.

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 iyun 2012-ci il il Fərmanı ilə yaradılıb.

Prezidentin 2013-cü il 01 fevral tarixli, 810 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.

2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla agentlik ləğv olunub.

22 sentyabr 2020-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında və “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb. Fərmana əsasən, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb.

Seçilən
2
mia.az

1Mənbələr