AZ

Nazir müavini: Məhsuldarlığı artırmaq üçün texnologiya yeganə şərt deyil

Azərbaycanın orta ÜDM-i orta-yüksək təbəqəli ölkələrlə müqayisədə geriləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Dünya İnkişafı haqqında Hesabat”ın təqdimatında deyib.

O qeyd edib ki, analoji ölkələrdə bu göstərici 10 min dollar səviyyəsindədir.

“Bizdə bu göstərici təxminən 6 min dollar səviyyəsindədir ki, bu da orta gəlirli ölkələr səviyyəsindədir. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində ticarət sektoruna stimullaşdırıcı tədbirlər görülməlidir. Sənayenin inkişafı baxımından biz texnologiyaları daha çox sənaye zonalarında istifadə edirik. Texnoloji inkişaf insan kapitalının inkişafı ilə paralel olmalıdır. Məhsuldarlığı artırmaq üçün texnologiya yeganə şərt deyil. Digər ölkələrdən texnologiyaların əldə edilməsi sənaye zonalarında bizə dəstək göstərir”, - deyə S.Bəşirli qeyd edib.

Seçilən
3
3
xalqqazeti.az

4Mənbələr