AZ

İsrail ordusu Livanın şərqindəki Beka bölgəsinə hava zərbələri endirib

İsrail ordusu atəşkəs razılaşmasına baxmayaraq, Livanın şərqindəki Beka bölgəsinə hava zərbələri endirib.

İsrail ordusunun sözçüsü Avichai Adrae sosial media hesabından Livanın şərqindəki Beka vilayətindəki bir bölgəyə hava hücumu təşkil edildiyini açıqlayıb.

Adrae hücumun baş verdiyi bölgədə Hizbullaha məxsus tunelin olduğunu və tuneldən hücum "avadanlığının daşındığını" iddia edib.

Livanın rəsmi xəbər agentliyi NNA İsrail döyüş təyyarələrinin Bekadakı Kaldus-Seba bölgəsini, əl-Zəkbadakı bir qurum binasını və Sihlet əl-Ma qəsəbəsində bir evi hədəf aldığını açıqlayıb.

Hücumlar nəticəsində ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.

Qeyd edək ki, noyabrın 27-də Livan və İsrail arasında atəşkəs əldə edilib.

Həmin atəşkəs çərçivəsində İsrail ordusunun 60 gün ərzində Livanın cənubunda tutduğu mövqelərdən geri çəkilməsi tələb edilib.

Lakin İsrail Livan ordusunun ölkənin cənubunda “tam yerləşmədiyini” iddia edərək işğal müddətini fevralın 18-dək uzadıb.

Livan Səhiyyə Nazirliyinin açıqlamalarına görə, atəşkəsdən sonra İsrail ordusunun hücumları nəticəsində 75 nəfər ölüb, 267 nəfər yaralanıb.



Seçilən
28
2
trt.net.tr

3Mənbələr