İsrail ordusunun sözçüsü Avichai Adraee sosial media hesabından Livanın şərqindəki Bekaa əyalətindəki bir bölgəyə hava hücumu təşkil edildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Adraee, hücumun baş verdiyi bölgədə Hizbullaha məxsus tunelin olduğunu və hücumun tuneldən "avadanlığın daşındığını" iddia edib.
Livanın rəsmi xəbər agentliyi NNA İsrail döyüş təyyarələrinin Bekaadakı Kaldus-Seba bölgəsini, əl-Zəkbadakı bir qurum binasını və Sihlet əl-Ma qəsəbəsində bir evi hədəf aldığını açıqlayıb.
Hücumlar nəticəsində ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.
Livan və İsrail arasında 27 noyabr 2024-cü ildə atəşkəs əldə edilib. Bu atəşkəs çərçivəsində İsrail ordusunun 60 gün ərzində Livanın cənubunda tutduğu nöqtələrdən geri çəkilməsi tələb edilib. Lakin İsrail Livan ordusunun ölkənin cənubunda “tam qurulmadığını” iddia edərək işğal müddətini fevralın 18-dək uzadıb.
Livan Səhiyyə Nazirliyinin açıqlamalarına görə, atəşkəsdən sonra İsrail ordusunun hücumları nəticəsində 75 nəfər ölüb, 267 nəfər yaralanıb.
Aytən Yaşar/ Turkustan.az