Son iki il ərzində 1 300 müəllim sertifikatlaşma imtahanlarında uğur qazanmadığından işindən kənarlaşdırılıb.
Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müəllimlərlə aparılan iş ağrılı prosesdir:
"İmtahanlarda yaxşı nəticə göstərməyən müəllim təhsil sistemindən zamanla çıxarılır"