Məşhur türkiyəli müğənni Ebru Gündeş konsert biletinin qiymət xəbərləri ilə gündəmə gəlib.
Gündeş 14 fevral Sevgililər günündə Türkiyədəki lüks otellərdən birində səhnə alacaq.
Konserti ön sıradan izləmək istəyənlər bunun üçün 100 000 lirə (təxminən 4 720 manat) ödəməli olacaq.