"Sahil Babayev sosial-iqtisadi sahədə böyük təcrübəyə malik mütəxəsisdir. O, fəaliyyət göstərdiyi bütün təşkilatlarda yenilklər etməklə şəffaflığın artmasına töhfə verib".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
"Sahil Babayev Əmək və əhalinin sosial müdafiəsi naziri kimi fəaliyyət göstərdiyi dövrdə də bu sektorun fəaliyyətinin şəffaflaşdırlması üçün müasir innovasiyaların tətbiqini genişləndirib. Belə ki, DOST mərkəzlərinin xidmətlərindən vətəndaşların məmnunluğu 99%-ə çatıb. Bu baxımdan Sahil Babayevin maliyyə naziri təyin olunması ilə ölkənin maliyyə sisteminə də yeniliklər gətirəcəyini və daha səmərəli fəaliyyət təqdim edəcəyini düşünürəm", — deputat bildirib.
Aytəkin Qardaşova