AZ

Mərkəzi Bank özəl banka icrası məcburi sərəncamın verib

Mərkəzi Bank “AFB Bank” ASC-yə icrası məcburi sərəncamın verilməsi barədə məlumat yayıb.

Məlumata görə,  “AFB Bank” ASC tərəfindən “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin (Əsasnamə) 7.5-ci bəndinin tələblərinə zidd olaraq valyuta mübadiləsi əməliyyatlarına dair məlumatların təyinatı üzrə valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə formalaşdırılmış informasiya sisteminə düzgün təqdim edilməməsi halı müəyyən olunub. Mərkəzi Bank tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq “AFB Bank” ASC-yə gələcəkdə müvafiq pozuntulara yol verilməməsi üçün vahid informasiya sisteminin iştirakçılarının Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı icrası məcburi sərəncam verilmişdir.

Qeyd edək ki, Yanvar ayında Mərkəzi bank "PAŞA Bank” ASC-nin və "Yapı Kredi Bank Azərbaycan” QSC-nin vəzifəli şəxslərinin inzibati məsuliyyətə cəlb edib,  “Azər-Türk Bank” ASC-yə, "Turanbank” ASC-yə, “Accessbank” QSC-yə, “Yelo Bank” ASC-yə “Unibank” KB ASC-yə və “Rabitə Bank” ASC-yə icrası məcburi sərəncamlar verib.

Seçilən
17
10
marja.az

10Mənbələr