AZ

İqtisadiyyatın şaxələndirilməsinin gücləndirilməsi üçün özəl sektorun investisiyalarda payı artırılmalıdır - Səməd Bəşirli

Bakı. Trend:

İnvestisiyaların strukturlarında da müəyyən çətinliklər var.Dövlət investisiyaları hələ ki, böyük paya malikdir. Ona görə dəşaxələndirilmənin gücləndirilməsi üçün özəl sektoruninvestisiyalarda payı artırılmalıdır.

Trend xəbər verir ki, bunu bugün Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli DünyaBankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatının"(World Development Report - WDR) Bakıda keçirilən təqdimattədbirində deyib.

O bildirib ki, ticari sektorların stimullaşdırılmasıistiqamətində elə tədbirlər görülməlidir ki, "orta gəlirtələsi"ndən qaça bilək: "1990-cı ildən etibarən cəmi 34 ölkə məhzorta gəlirdən yüksək gəlirli ölkə statusunu uğurla keçə bilib.Onların əksəriyyəti dənizə çıxış imkanı olan ölkələrdir. Biz ortagəlir tələsindən qaçmaq və iqtisadiyyatımızı şaxələndirmək üçünneft sənayemizi dəstəkləmək çox vacibdir. Çünki bizim dünyaokeanlarına birbaşa çıxışımız yoxdur deyə bu da maneələrdənbiridir.

İnvestisiya, infuziya və innovasiyaya yanaşma ilə tamamilərazıyıq. Azərbaycan infuziya ilə əlaqədar 2-ci mərhələnin müəyyənelementləri artıq müşahidə olunur. Məsələn, avtomobil sənayesininlokallaşdırılması və s qeyd edə bilərik. Amma bunun ÜDM-də xususiçəkisi 25%-dən aşağıdır, artırılması üçün tədbirlərgörülməlidir".

"İnvestisiyaların strukturlarında da müəyyən çətinliklər var.Dövlət investisiyaları hələ ki, böyük paya malikdir. Ona görə dəşaxələndirilmənin gücləndirilməsi üçün özəl sektoruninvestisiyalarda payı artırılmalıdır. Amma hətta biz ümumilikdəinvestisiyaları artırmağı bacarsaq da, texnoloji imkanlarıyüksəltmək üçün mütləq öz insan kapitalımızı dəstəkləməliyik.

Özəl qeyri-neft investisiyaların artırılması ilə "orta gəlirtələsi"ndən müəyyən mənada qaçınıla bilinər. Biz bu istiqamətdə iriyerli korporasiyalara fokuslanmağa çalışırıq, xüsusilə bank vəxidmət sektorunda.

Biz başa düşürük ki, iqtisadiyyatımızı şaxələndirmək üçünqeyri-neft sənayesində artıma nail olmaq üçün biz eyni zamanda,investisiyaların strukturunda, tərkibində dəyişiklik etməliyik.Burada özəl sektorun payını artırmalıyıq, özəl şirkətlərlə dahafəal şəkildə işləyərək onları qeyri-neft sektorunda inkişafına cəlbetməliyik", - S. Bəşirli vurğulayıb.

Seçilən
0
az.trend.az

1Mənbələr