Azərbaycanla Gürcüstan arasında dəmiryolu vasitəsi ilə sərnişindaşımanın bərpa olunması barədə razılıq əldə olunub.
“AzPolitika” xəbər verir ki, bu barədə “gununsesi.info”-ya hökumətdəki mənbələrdən məlumat daxil olub. Məlumata görə, aprel ayından etibarən Bakı-Tblisi-Bakı qatarı yenidən istifadəyə veriləcək. Sərnişindaşıma İsveçrənin “Stdadler” şirkətinin istehsalı olan müasir qatarları vasitəsilə həyata keçiriləcək.
Azərbaycan Dəmir yolları QSC-dən AzPolitika”-nın sorğusuna cavab olaraq isə bildirilib ki, sərnişindaşımanın bərpa olunması yalnız quru sərhədlərin açılmasından sonra mümkündür.
“Ölkədə Nazirlər Kabinetinin qərarı ilə karantin rejimi elan olunub və bu qərar qüvvədə olduğu müddətdə qatarlarla vasitəsi ilə qonşu ölkələrlə sərnişin daşımanın bərpası mümkün deyil. Yalnız qərar ləğv olunduqdan sonra biz hazırlıqlara başlaya bilərik. Ona görə də bu barədə danışmaq tezdir”, - qurumun Mətbuat Xidmətindən bildirilib.
Xatırladaq ki, daha əvvəl Azərbayanla Rusiya arasında analoji razılığın əldə olunması barədə xəbər yayılıb. Hökumətə yaxın mənbələr mart ayından etibarən qatarlar vasitəsi ilə sərnişindaşımanın bərpa olunacağını bildiriblər.
Qeyd edək ki, ötən ilin dekbarın 25-də Qroznı şəhəri üzərində raket hücumuna məruz qalmış Azərbayan Hava Yollarına məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğradıqdan sonra Bakıdan Rusiyanın 10-dan artıq şəhərinə uçuşlar dayandırılıb. Nəticədə azərbayanlıların qonşu ölkəyə gediş-gəlişində ciddi problemıər yaranıb. Qatarla sərnişindaşımanın bərpası barədə razılaşma sözügedən problemi aradan qaldırmasına kömək edə bilər.
“AzPolitika.info”