AZ

Xorvatiyada çempion olan Azərbaycan güləşçisi: "İkinci görüşdə və finalda çətinlik çəkdim"

Özbəkistanlı Casurbek Ortikboyevlə ikinci görüşdə və finalda iranlı Mehdi Əhədi ilə dueldə çətinlik çəkdim.

Bunu "Report"a açıqlamasında Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş reytinq turnirində qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Elmir Əliyev (55 kq) deyib.

22 yaşlı idmançı yarışdan əvvəl yaxşı hazırlıq keçdiklərini bildirib:

"Rəqiblərimə tam üstünlüklə qalib gəldim. Özbəkistanlı Casurbek Ortikboyevlə ikinci görüşdə və finalda iranlı Mehdi Əhədi ilə dueldə çətinlik çəkdim. Buna baxmayaraq, istəyimə çatdım, çempion oldum. Çünki yarışa çox yaxşı hazırlaşmışdım. Martda U-23 Avropa çempionatı keçiriləcək. Həmin yarışa hazırlaşacağam. Orada da sözümü demək istəyirəm".

Qeyd edək ki, Azərbaycan Xorvatiyadakı turnirdə 33 idmançı ilə təmsil olunub. Onlardan 16-sı mükafatçılar sırasına düşüb.

Seçilən
5
1
report.az

2Mənbələr