“Rusiya-Azərbaycan gərginliyi realdır. Lakin bu, onların münasibətlərində kəskin dönüşlərin olması demək deyil”. Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi politoloq Armen Vardanyandır.
O qeyd edib ki, Azərbaycan bununla Ermənistana dərs keçir. “Bu arada Azərbaycan göstərir ki, müttəfiqlə mübahisə etmək, müttəfiqlə razılaşmamaq, öz maraqlarını irəli sürmək olar. Biz isə bunu hələ indi anlamağa başlayırıq”.
Onun sözlərinə görə, Azərbaycanın Rusiyaya, Rusiyanın isə Azərbaycana ehtiyacı var. “Ona görə də münaqişə yaradan yox, münaqişənin həlli yolu ilə getmək tərəflərin maraqlarına uyğundur”.