Ekvadorda prezident seçkilərində səsvermənin ikinci turu keçiriləcək.
Bülletenlərin çoxu işləndikdən sonra məlum olub ki, vətəndaşların 46,79%-i hazırkı dövlət başçısı Daniel Noboaya səs verib. Onun əsas rəqibi, "Vətəndaş İnqilabı" sol hərəkatının namizədi Luisa Qonzales 41,39% səs toplayıb. Onlar aprelin 13-də keçiriləcək seçkilərin ikinci turunda mübarizəni davam etdirəcəklər.
Fevralın 4-də Noboa bildirib ki, o, prezident seçkiləri ərəfəsində təhlükəsizlik məqsədi ilə ölkə sərhədlərinin fevralın 8-dən 10-dək bağlanmasına və limanların hərbiləşdirilməsinə göstəriş verib.
2024-cü ilin oktyabrında Noboa ciddi daxili qeyri-sabitlik və silahlı qarşıdurma səbəbindən 60 günlük fövqəladə vəziyyət elan etdi. Fərman ev toxunulmazlığı və yazışmaların məxfiliyi hüquqlarını məhdudlaşdırdı, həmçinin saat 22:00-dan səhər saat 5:00-a qədər komendant saatı tətbiq etdi. “Los Choneros” bandasının lideri Fito ləqəbli cinayətkar həbsxanadan qaçdıqdan sonra ölkədə vəziyyətin daha da pisləşdiyi, bunun ardınca bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar baş verdiyi bildirilir.
Əziz Mustafa, Oxuməni.az