AZ

Təhlükəsizlik məmurları bəluc fəalları həbs edib

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Sistan və Bəlucistan əyalətinin Hirmənd bölgəsində 10 etnik bəlucu həbs edib.

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, fevralın 9-da həbs edilənlər döyülüb, onların hara aparıldıqları və ittihamları barədə açıqlama verilməyib.

Qeyd edək ki, yanvar ayında da 53 bəluc saxlanılaraq naməlum yerlərə aparılıb.

visiontv.az



Seçilən
8
visiontv.az

1Mənbələr