Demokrat.az Teleqraf-a istinadən xəbər verir ki, bu səbəbdən partiya sədrinin şəxsi avtomobili müsadirə olunaraq, hərraca çıxarılıb.
N.Pənahlının “Toyota Land-Cruiser” markalı avtomobili vergi ödəyicilərinin siyahıya alınmış əmlakları sırasında qeyd olunub.
Satışı İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək.
Xidmətin məlumatında qeyd olunub ki, Pənahlı Nemət Əhəd oğluna məxsus, buraxılış ili 2010-cü il olan “Toyota Land-Cruiser” avtomobili hərracda satılacaq.
Avtomobilin ilkin satış qiyməti 42 min manat müəyyənləşdirilib.
Siyasətçinin məşğul olduğu biznes sahəsi, vergi borcunun necə yaranması və məbləği barədə məlumat yoxdur.
Teleqraf-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün N.Pənahlı ilə əlaqə saxlamağa çalışıb, lakin o, zənglərə cavab verməyib.
8Mənbələr
-
demokrat.azNemət Pənahlının vergi borcu yarandı —Avtomobili müsadirə edildi ( 15367529)
-
mia.azNemət Pənahlının avtomobili hərraca çıxarılıb - 42 min manata ( 15367287)
-
reyting.azNemət Pənahlının avtomobili hərraca çıxarılıb ( 15367233)
-
publika.azNemət Pənahlının vergi borcu yarandı ( 15366277)
-
konkret.azNemət Pənahlının maşını müsadirə olundu ( 15366189)
-
sherg.azNemət Pənahlının maşını müsadirə olundu ( 15366093)
-
axar.azNemət Pənahlının maşını müsadirə olundu ( 15365729)
-
turkustan.azNemət Pənahlının vergi borcu yarandı - Avtomobili müsadirə edildi ( 15365561)