AZ

Trampdan ABŞ istehlakçıların müdafiəsi agentliyinə qadağa

Bakı, TurkicWorld

Tramp administrasiyası, 2008-ci il iqtisadi böhranından sonra istehlakçıları qorumaq üçün yaradılmış İstehlakçıların Maliyyə Müdafiəsi Bürosuna (CFPB) demək olar ki, bütün fəaliyyətlərini dayandırmağı əmr edib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin İdarəetmə və Büdcə Ofisinin direktoru Russell Vought CFPB rəsmilərinə göstərişlər göndərib.

Buna əsasən, bütün audit və yoxlama fəaliyyətlərinin dərhal dayandırılması tapşırılıb, yeni istehlakçı hüquqları araşdırmalarının açılmaması və mövcud işlərin bağlanması tələb edilib və hələ qüvvəyə minməmiş qaydaların icrasının təxirə salınması əmr edilib.

Vought əlavə edib ki, CFPB artıq Federal Ehtiyat Sistemindən (FED) vəsait ala bilməyəcək, çünki agentliyin mövcud 711,6 milyon dollarlıq büdcəsi həddindən artıqdır.

Qeyd edək ki, CFPB, keçmiş prezident Barak Obama dövründə, 2008-ci il maliyyə böhranından sonra maliyyə islahatlarının bir hissəsi kimi yaradılmışdı. Tramp administrasiyası isə agentliyi böyük hökumət müdaxiləsi hesab edir və maliyyə sektoruna təsirini azaltmaq istəyir.

Seçilən
8
turkic.world

1Mənbələr