AZ

“Turan Tovuz” hakimlərdən narazıdı – VİDEO

“Turan Tovuz” Misli Premyer Liqasının 22-ci turunda “Sabah”la matçdakı hakim qərarlarına etiraz edib.

İdmanxeber.az-ın məlumatına görə, bölgə təmsilçisi bu barədə sosial şəbəkə hesabından paylaşım edib. “Turan Tovuz” yaydığı videonu bu açıqlama ilə şərh edib: 

“Mövsüm ərzində artıq neçənci dəfədir hakim səhvləri ilə xal və ya xallardan məhrum oluruq. Son oyundan olan epizodları sizin ixtiyarınıza buraxırıq.

AFFA Hakimlər Komitəsinin sədri cənab Frank De Blekerin “Sabah” – “Turan Tovuz” oyununda hakimliklə bağlı fikirlərini səbrsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!”

Sözügedən oyunun baş hakimi İnqilab Məmmədov, VAR hakimi Cavid Cəlilov, AVAR hakimi isə Eyyub İbrahimov olub.

Qeyd edək ki, “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev ötən gün keçirilən mətbuat konfransında hakimlərdən narazı olduğunu bildirmişdi. 

 

Seçilən
38
3
idmanxeber.az

4Mənbələr