HƏMAS Siyasi Bürosunun üzvü İzzət ər-Rişk tərəfindən edilən yazılı açıqlamada “Trampın Qəzzanı almaq və ona sahib çıxmaqla bağlı absurd açıqlamalarını qınayırıq. Bu bəyanatlar Fələstinə və bölgəyə qarşı dərin məlumatsızlığı əks etdirir”-deyə, bildirdi.
Turkustan.az bəyanatda Qəzzanın alınıb satılası bir daşınmaz əmlak olmadığı, Qəzza zolağının Fələstin ərazisinin ayrılmaz hissəsi olduğu vurğulanıb.
Həmçinin açıqlama Fələstin məsələsinə “daşınmaz əmlak agenti-tacir zehniyyəti” ilə yanaşmağın “məyusedici” olacağı və “Fələstin xalqının onları köçkün və deportasiya etmək planlarının qarşısını alacağı” ifadə edilib. Qəzza onun xalqına məxsusdur və onlar 1948-ci ildə işğal olunmuş şəhər və kəndlərdən başqa heç yerə getməyəcəklər”-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az