Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan edilib.
Bu barədə "Report"a Xidmətdən məlumat verilib.
Bildirilib ki, qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” ali təhsil ixtisası üzrə aparılacaqdır.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.
Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
ərizə;
anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);
tərcümeyi-hal;
özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;
attestatınnotariat orqanları tərəfindən təsdiq edilmiş surətivə ya attestat alınanadəknamizədin orta məktəbin 11-cisinfində oxuması haqqındaarayış;
orta-ixtisastəhsili(əgər varsa)haqqındasənədin notariatorqanları tərəfindən təsdiq edilmiş surəti;
yaşayış yerindən arayış;
doğum haqqında şəhadətnamənin surəti;
valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti;
4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).
Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:
Hərbi xidmətdə olmayanlar üçün –
2025-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.
Hərbi xidmətdə olanlar üçün –
DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.
Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.
Sənədlər Dövlət Sərhəd Xidmətinin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə təqdim edilməlidir.