AZ

ATMU-da daxili audit başa çatıb - FOTOLAR

AzərbaycanTurizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik və Sosial menecment fakültələrində İSO 90001:2015 –  Keyfiyyət İdarəetmə Sistemi və İSO 21001:2018 – Təhsilin idarəedilməsi standartlarının tətbiqi vəziyyəti ilə əlaqədar daxili audit keçirilib.

"Unikal" xəbər verir ki, ATMU rektorunun müvafiq əmrinə əsasən Keyfiyyət təminatı şöbəsi, Tədris-metodiki şöbə və fakültələrin nümayəndələrindən formalaşan Daxili audit komissiyası fakültələrdə mövcud sənədləşmələr və ötən il üzrə müəyyənləşdirilən uyğunsuzluqların aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olublar.

Auditin gedişində fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, tyutor və laborantlarla müsahibələr aparılıb. Daxili audit prosesinin yekunlaşmasından sonrakı 1 ay müddətində müvafiq audit hesabatının hazırlanıb universitet rəhbərliyinə təqdim olunması nəzərdə tutulub.

Seçilən
5
unikal.az

1Mənbələr