AZ

Sumqayıt Dövlət Dram Teatrından MARAQLI LAYİHƏ

Sumqayıt Dövlət Dram Teatrı Beynəlxalq kitab bağışlama günü  ilə əlaqədar  fevral ayının 13-ü, saat 18⁰⁰-da maraqlı layihə gerçəkləşdirəcək.

Bu barədə News365.az-a Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib. Məlumatda deyilir ki, ilk dəfə teatrda  reallaşcaq layihədə   kitab bağışlayan  tamaşaçı  "Ocaq" tamaşasına  dəvətnamə  əldə  edəcək.  Məqsəd yığılan  kitabların hesabına teatrda  kitabxana  formalaşdırmaqdır.

Qeyd edək ki, layihə çərçivəsində teatrın repertuarında önəmli yer tutan, Turqut Özakmanın yazdığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi "Ocaq"  tamaşası oynanılacaq.

News365.az

Seçilən
5
1
news365.az

2Mənbələr