AZ

7 milyard barel - Neft ehtiyatlarımız ABŞ-də qiymətləndirildi

Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 2025-ci il yanvarın 1-nə 7 milyard barel, qaz ehtiyatları isə 60 trilyon kubfut təşkil edir.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Azərbaycanda kondensat nəzərə alınmadan neft hasilatının pik səviyyəsi 2009-2010-cu illərdə gündəlik təxminən 1 milyon barel həcmində qeydə alınıb.

Proqnozlarımıza görə, ölkədə ümumi maye karbohidrogen hasilatı 2024-2026-cı illər ərzində orta hesabla gündəlik 600 min bareldən bir qədər çox olacaq.

ABŞ Energetika Nazirliyindən qeyd edilib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku Azərbaycanda maye karbohidrogenlərin hasilatının əsas mənbəyidir. Baxmayaraq ki, burada hasilat 2010-cu ildə gündəlik 823,1 min barel səviyyəsində pik həddə çatıb:

Bu yataqlar blokundan çıxarılan neft və “Şahdəniz” qaz yatağından əldə edilən kondensat Azərbaycanın hasil etdiyi və ixrac etdiyi əsas maye karbohidrogenlərdir.

2025-ci il yanvarın 1-nə Qazaxıstanda təsdiqlənmiş neft ehtiyatları 30 milyard barel, Türkmənistanda - 600 milyon barel, Özbəkistanda - 594 milyon barel təşkil edir.

Energetika Nazirliyindən həmçinin qeyd edilib ki, 2023-cü ildə Xəzər regionunun üç ölkəsi (Azərbaycan, Qazaxıstan, Türkmənistan) və Özbəkistanın payına qlobal enerji istehsalının 3 %-i, qlobal istehlakın isə 1 %-i düşüb.


Telegram kanalımız
Seçilən
14
13
yenisabah.az

10Mənbələr