"Yeni sertifikasiya dalğası gəlir. Məktəb direktorları və müavinlərinin sertifikatlaşmaya cəlb olunması yeni canlanma yaradıb. Biliyi, bacarığı, idarəetmə təcrübəsi olanlar sevincli, əksinə olanlar isə pərişan durumdadır". "Olaylar" xəbər verir ki, bunu təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli deyib: "Sertifikasiya ideyası nəzəri baxımdan məntiqlidir. Məktəb direktorlarının və müavinlərinin bilik, bacarıq və idarəetmə qabiliyyətlərinin qiymətləndirilməsi təhsilin keyfiyyətinin artırılmasına töhfə verə bilər. Burada əsas məqsəd rəhbər postunu tutan şəxslərin daim işləməsi və yenilənməsi zəruriliyini qabartmaq, təhsilin idarə olunmasını daha effektiv hala gətirməkdir. Bu proses rəhbərliyin mütəmadi olaraq öz bilik və bacarıqlarını artırmasını tələb edir ki, bu da təhsilin keyfiyyətinə birbaşa təsir edir. Sertifikasiya prosesi bir tərəfdən təhsilin keyfiyyətini artırmaq məqsədini daşısa da, digər tərəfdən bəzi problemlərə yol aça bilər. Əsas məsələ bu prosesi şəffaf, ədalətli və təlim mövcud idarəetməni inkiaf etdirəcək şəkildə həyata keçirməkdir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31