17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 11-dən 13-nə kimi Bakıda təlim-məşq toplanışı keçəcək.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, U-17 fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək. Millimiz B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq. A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandası çıxış edəcək.
Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.
Millimizin heyəti və oyunlarının təqvimi
16 fevral
16:10. Rusiya – Azərbaycan
17 fevral
12:00. Azərbaycan – İran
19 fevral
14:20. Qazaxıstan – Azərbaycan
Qeyd: oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
saytlarin hazirlanmasi